Rusiyalı müğənni Alsu Azərbaycan prezidenti İlham Əliyevin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın şeirinə bəstələnmiş mahnıya çəkilən klipini təqdim edib.
 
Rusiya KİV-i yazır ki, “Gedib bir az ağlayım” (“Я пойду чуть-чуть поплачу”) adlanan mahnının musiqisi Nigar Çəndirli və Dmitri Klimaşenkoya məxsusdur.
 
Klipin rejissorları Mariya Unjakova və Pavel Sidorovdur. Ekran işi ağ-qara fonda lentə alınıb.
 
Qeyd edək ki, Alsu 3-cü dəfə ana olduqdan sonra səhnə fəaliyyətinə ara vermişdi. Bu, ifaçının yaradıcılğına fasilə verdikdən sonra ilk işidir.
 

Baxış sayı: 4131 | Tarix: 02.12.2016
Bizi Telegramda izləyin: @repostaz