Xırdalanda yollarında yenidən qazıntı işləri aparılır.
 
Bu barədə Oxu.Az-ın redaksiyasına göndərilən videogörüntüdə qeyd olunub.
 
Vətəndaş bildirir ki, Xırdalan şəhərinin yeni istifadəyə verilən Heydər Əliyev prospektində qazıntı işləri aparılır:
 
“Uzun zamandır yolların asfaltlanmasını gözləyirdik. Nəhayət yollar düzəldilib, təhvil verildi. Heç bir ay keçmədi ki, “Azərsu” ASC-i tərəfindən yolda qazıntı işləri aparılmağa başlayıb”.
 
Məsələ ilə bağlı “Azərsu” ASC-nin Abşeron rayon Sukanal İdarəsi ilə əlaqə saxladıq. İdarədən bizə bildirildi ki, sözügedən ünvanda magistral xətdə qəza baş verib:
 
“Baş verən qəzanın aradan qaldırılması üçün asfalt örtüyü qazılıb və əməkdaşlar tərəfindən ərazidə tədbirlər görülüb”. 


Baxış sayı: 2269 | Tarix: 23.09.2020
Bizi Telegramda izləyin: @repostaz