Bakıda nənə və nəvəsi itkin düşüb.

 

Qaradağ rayon Polis İdarəsindən Apa-ya verilən məlumata görə, rayon sakini, Rahim Hacıyev polisə ərizə ilə müraciət edərək həyat yoldaşı, 46 yaşlı Nəzakət Hacıyeva və nəvəsi, 4 yaşlı Ləman Hacıyevanın yanvarın 30-da evdən çıxaraq getdiklərini və bir daha geri qayıtmadıqlarını bildirib.

 

Polisə daxil olan məlumat əsasında axtarışlara başlanıb. 


Baxış sayı: 2706 | Tarix: 02.02.2017
Bizi Telegramda izləyin: @repostaz