İran molla rejimi Güney Azərbaycan şəhərlərində Qarabağın işğaldan azad edilməsi ilə bağlı Azərbaycana dəstək aksiyalarında iştirak edən soydaşlarımızı həbs etməyə başlayıb.
 
RePost.Az Günaz.TV-yə istinadən xəbər verir ki, Güney Azərbaycanın Meşkinşəhr şəhərlərində dinc milli-mədəni fəal Aydın Zakiri və İffət Nikbəxt, Rza Seyid Nuri isə Muğanın Parsabad şəhərində təhlükəsizlik qüvvələri tərəfhindən həbs edilərək naməlum istiqamətə aparılıb. 
 
Həmçinin bildirilir ki, Ərdəbil şəhərində mülki geyimli ETTELAAT əməkdaşları digər azərbaycanlı fəal Əfşar Mühibbi tutmaq üçün onun atası evinə basqın etsələr də, fəal evdə olmadığı üçün həbs edə bilməyiblər. 
 
Xatırladaq ki, ötən günlər ərzində Güney Azərbaycandakı soydaşlarımız Azərbaycan Ordusunun Qarabağın işğaldan azad edilməsi uğrunda keçirdiyi uğurlu əməliyyatların ilk günündən Ermənistana dəstək verən İran hakimiyyətinə etiraz ediblər. İran-Ermənistan magistral yolunu bağlayıb, terrorçulara göndərilən silah-sursatın dayandırılmasını tələb ediblər.
 
Bu məqsədlə ötən günlərdə Təbriz, Tehran, Rəşd, Ərdəbil və digər şəhərlərdə mitinqlət keçirilmiş, İran rejiminin Ermənistana silah-sursat göndərməsinə etiraz edərək Nurduz gömrüyünün bağlanmasını tələb ediblər.
 
Aksiyaçılar həmçinin “Qarabağ bizimdir, bizim olacaq”, “Erməniyə dəstək cinayətdir”, “Ölüm olsun faşistə”, “Biz ölməyə hazırıq, Babəkin sərbazıyıq”, “Azərbaycan milləti, çəkənməz bu zilləti” və digər milli şüarlar səsləndirərək Qarabağa dəstək nümayiş etdiriblər.
 
Güneyli soydaşlarımız həmçinin, üzərində “Gəl qardaşım meydana, silah gedir İrəvana, Azərbaycan yana-yana, Nurduz gərək bağlana” şüarı yazılmış plakatlar qaldıraraq, İran hökumətinin Ermənistan rejiminə dəstəyinə son qoyulmasını tələb ediblər.
Yayılan məlumata əsasən, azərbaycanlıların Qarabağa dəstək aksiyasından vahiməyə düşən İran təhlükəsizlik qüvvələri aksiya keçirilən şəhərlərdə küçə və meydanlarını nəzarətə almağa cəhd göstərib, eyni zamanda məlumatların yayılmasının qarşısını almaq üçün internetə məhdudiyyətlər tətbiq ediblər. Polis qüvvələri dinc etirazçılara qarşı zorakılıq tətbiq edib, onlarla aksiya iştirakçısı saxlanılıb. 
 
Günaz.TV-nin yaydığı son məlumatlara əsasən, İran rejimi Ermənistana təkcə hərbi deyil, eyni zamanda ərzaq yardımını da artırıb. Nəticədə Güney Azərbnaycan şəhərlərində şörək qıtlığı müşahidə olunmağa başlayıb. 
 


Baxış sayı: 4112 | Tarix: 20.10.2020
Bizi Telegramda izləyin: @repostaz