Sülh nominasiyası üzrə Nobel mükafatı əslən Zəncandan olan, cənubi azərbaycanlı hüquq müdafiəçisi Nərgiz Mühəmmədiyə verilib.
 
Nobel Komitəsinin yaydığı rəsmi məlumata görə, Norveç Parlament Komitəsi tərəfindən təqdim olunan mükafatın qalibi bu gün açıqlanıb.
 
Nərgiz Mühəmmədi İranın İnsan Hüquqlarını Müdafiə Birliyinin Güney Azərbaycanın Zəncan şəhərindən sədr müavinidir. O, İranda qadın hüquqlarının yaxşılaşdırılması istiqamətində yorulmaz səylərinə görə bu mükafata namizəd göstərilmişdi.
Xatırladaq ki, 2022-ci il üzrə mükafat belaruslu insan haqları müdafiəçisi Ales Bialiatskiyə və Rusiyanın “Memorial” hüquq müdafiə təşkilatı və Ukraynanın Vətəndaş Azadlıqları Mərkəzinin rəhbərlərinə təqdim edilib.

Baxış sayı: 16519 | Tarix: 06.10.2023
Bizi Telegramda izləyin: @repostaz