Azərbaycan Milli Hərəkatının beş fəalı – Davud Şiri, Həmzə Vəlizadə, Ruhullah Əhmədinejad, Cavad Əhmədzadə və Əlirza Səbri mayın 18-i cümə axşamı günü Təbriz şəhərində təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.
 
Fəalların həbsinin səbəbləri və yeri barədə dəqiq məlumat yoxdur. Yaxınların verdiyi məlumata əsasən, təhlükəsizlik əməkdaşları fəalların evlərində axtarış aparıblar, cib telefonu, kompüter kimi bəzi şəxsi əşyaları, kitablarını və əlyazmalarını müsadirə ediblər.
 
Saxlanılanlardan Davud Şirinin “İran İslam Respublikası əleyhinə təbliğat” ittihamı ilə daha bir açıq işi var. 
 
Ehtimal olunur ki, həbs qarşıdan gələn "Xordad" qiyamının ildönümü ilə əlaqədardır.

Baxış sayı: 22542 | Tarix: 19.05.2023
Bizi Telegramda izləyin: @repostaz