İran Prezidenti İbrahim Rəisinin dünən, iyunun 8-i Təbrizə səfəri zamanı bir qrup soydaşımız etiraz aksiyası keçirib. Bu barədə yerli sosial media fəalları məlumat veriblər.
 
Etirazçılar on minlərlə sakinin yaşadığı Təbrizin "Xavəran-2" yaşayış massivində bir çox binaların natamam inşa edilməsi səbəbilə sahiblərinə təhvil verilmədiyini bildiriblər.
 
Onlar şəhərin kommunal problemlərindən (su, elektrik təchizatı, qaz), habelə yolların pis vəziyyəti  və şəhər infrastrukturunun olmamasından da şikayət edərək, 2 ildir hökumət tərəfindən verilən vədlərin yerinə yetirilmədiyini deyiblər.
 
Bölgəyə cəlb olunan polis qüvvələri etirazçıların prezident kortejinin qarşısına çıxmalarına imkan verməyib.

Baxış sayı: 27634 | Tarix: 09.06.2023
Bizi Telegramda izləyin: @repostaz