Azərbaycanın Güneyində türk milləti dekabrın 12 (21 Azər) bazar ertəsi günü ümummilli aksiyaya hazırlaşır.
 
Dekabrın 12  (21 Azər ) Pəhləvi ordusu tərəfindən minlərlə azərbaycanlının qanının tökülməsinin və Seyid Cəfər Pişəvəri başda olmaqla Azərbaycan milli hökumətinin süqutunun ildönümüdür.
 
Ümummilli aksiyanın davamında Azərbaycan gəncləri dekabr 12 (21 Azər) və Azərbaycan milli hökumətinin xatirəsini “Milli hökumətin ədalət azadlığı” şüarı ilə yad etməyi planlaşdırır.
 
Bu baxımdan Azərbaycanın Güneyində  milli və azad universitetlərin tələbələri bu milli aksiyaya geniş tətillə qatılacaq və dərslərə getməyəcəklər.

Baxış sayı: 18020 | Tarix: 25.11.2022
Bizi Telegramda izləyin: @repostaz