İndoneziyada nikahdankənar intim münasibət yaşayan cütlük 26 dəfə qamçılanıb.

RePost.Az xarici mətbuata istinadən bildirir ki, hadisə Açeh əyalətində baş verib.

Cəzanın yerinə yetirilməsi üçün məscidə gətirilən cütlük, hərəsi 26 dəfə olmaqla ayrı-ayrı qamçılanıb.

Hər zərbədə qışqırığı ətrafa yayılan qadın hər kəs tərəfindən ürək ağrısı ilə izlənib.


Qeyd edək ki,  İndoneziyanın Açeh əyalətində  qumar oynamaq, homoseksual münasibət və içki içməyin cəzası qamçılanmaqdır. Sözügedən əyalətdə evli olmayan bir qadınla kişinin birlikdə motorsiletə minməsi də qadağandır.
 


Baxış sayı: 2763 | Tarix: 02.02.2017
Bizi Telegramda izləyin: @repostaz