2021-ci il yanvarın 1-dən etibarən “WhatsApp” messenceri bəzi telefonlarda işləməyəcək.
 
RePost.Az xəbər verir ki, “WhatsApp” əməliyyat sistemləri iOS 9 və ya Android 4.0.3-dək yenilənməyən mobil cihazlarda xidməti dayandıracaq.
 
Tətbiqin gələn ildən dəstəkləməyəcəyi Android telefonlar bunlardır: "HTC Desire", "LG Optimus Black", "Motorola Droid Razr" və "Samsung Galaxy S2" modelləri. 
 
2021-ci ildə İOS cihazlardan "iPhone 4" üçün tətbiq xidmətlərini dayandırır.
 
Bununla yanaşı, istifadəçilər "iPhone" 4S, 5, 5S, 5C, 6 kimi telefon modellərində İOS 9-dək yeniləmələri halında "WhatsApp"ı işlədə biləcəklər.
 
 


Baxış sayı: 4283 | Tarix: 27.12.2020
Bizi Telegramda izləyin: @repostaz