Ukraynanın Odessa şəhərinin sakinləri heyrət içində Qara dənizin “qaynamasını” müşahidə ediblər.
 
 RePost.Az xəbər verir ki, “Sputnik” bununla bağlı kadrlar yayımlayıb.

 
Görüntülərdə dənizin üzərindən qatı buğ çıxması əks olunub.
 
Nadir təbiət hadisəsi havanın və suyun temperaturunun kəskin düşməsi ilə izah edilib.
 
Məlumata görə, bu səhər dənizin suyunun temperaturu 6 dərəcə, havanın temperaturu isə mənfi 15 dərəcə olub.

RePost.Az

Baxış sayı: 6126 | Tarix: 19.01.2021
Bizi Telegramda izləyin: @repostaz