"Instagram”da yeni funksiya istifadəyə verilib.
 
RePost.Az xəbər verir ki, artıq istifadəçilər sildikləri bütün paylaşımlarını 30 gün ərzində bərpa edə biləcəklər.
 
Yeni funksiyanın tətbiq edilməsinə səbəb isə, haker hücumlarından müdafiə olunmaqdır.
 
Belə ki, böyük hesablar ələ keçirilən zaman paylaşılanlar silinir. Lakin yeni funksiya ilə onların qalmasına zəmanət verilir.
 
"Hekayə” bölümündə silinən paylaşımları isə 24 saat ərzində bərpa etmək mümkün olacaq.
 

Baxış sayı: 5993 | Tarix: 03.02.2021
Bizi Telegramda izləyin: @repostaz