“Fevral ayının 1-dən etibarən şənbə və bazar günləri ictimai iaşə müəssisələri yerində xidmət göstərə biləcək”.
 
RePost.Az xəbər verir ki, bu barədə “oxu.az”ın sorğusuna cavab olaraq Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
 
O bildirib ki, həftəsonları ictimai nəqliyyatın fəaliyyətinin bərpası məsələsi ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək:
 
“Bu şənbə-bazar (yanvarın 30-31-i) bərbərxana və gözəllik salonları fəaliyyət göstərəcək. Kafe və restoranlarda fevralın 1-dən etibarən şənbə və bazar günləri də yerində xidmət olacaq”.

RePost.Az

Baxış sayı: 2231 | Tarix: 28.01.2021
Bizi Telegramda izləyin: @repostaz