Bu gündən Gəncə şəhərində yerləşən 12 saylı tam orta məktəbdə dərslərin distant formada keçirilməsi qərara alınıb.
 
RePost.Az  xəbər verir ki, buna səbəb məktəbdə müəllim və şagirdlər arasında koronavirus xəstəliyinin (COVID-19) yayılmasıdır.
 
Dərslər 14 gün müddətində distant formada davam etdiriləcək.
 
Gəncə Şəhər Təhsil İdarəsi məktəbdə dərslərin distant formada keçirilməsi ilə bağlı məlumatı Oxu.Az-a təsdiq edib.
 
Bildirilib ki, təhsil ocağında bir müəllim, bir şagird və iki texniki işçidə COVID-19 virusuna yoluxma aşkar edilib.
 
Bu səbəbdən məktəb 14 gün müddətinə karantinə bağlanıb.

Baxış sayı: 2991 | Tarix: 10.03.2021
Bizi Telegramda izləyin: @repostaz