Aparıcı Mətanət Əliverdiyeva “Space” telekanalı ilə yollarını ayırıb. O, bundan sonra MTV-də çalışacaq.
 
RePost.Az xəbər verir ki, bu haqda aparıcı “axşam.az”a açıqlamasında deyib.
 
O bildirib ki, fərqli bir şou hazırlayır:
 
“Qonaq tək gəlib mahnı oxuyub getməyəcək. Rubrikalar, süjetlər edəcəyik. Əsl axşam şousu hazırlayırıq. Adı “6/8”dir. Həm saat 6-dan 8-ə kimi yayımlanacaq, həm də bizim milli ritmimizdir”.
 
Qeyd edək ki, M.Əliverdiyeva ATV telekanalı ilə yollarını ayırdıqdan sonra “Space”də işə başlamışdı. Onun kanalda fəaliyyəti bir neçə həftə çəkib.

Baxış sayı: 3618 | Tarix: 03.04.2021
Bizi Telegramda izləyin: @repostaz