Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə paytaxt ərazisində özünü polis kimi təqdim edərək vətəndaşa hədə-qorxu gələn şəxslə bağlı yayılan videogörüntülərə münasibət bildirib.
 
RePost.Az xəbər verir ki, DİN-dən RePoat.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, yayılan videogörüntülərlə bağlı araşdırmalar başlanılıb:
 
"Araşdırmaların nəticələri ilə bağlı əlavə məlumat veriləcək".
 
Qeyd edək ki, bloger M.hüseynov sosial şəbəkələrdə yaydığı videoda metronun "Gənclik" stansiyasının yaxınlığında maskasız olan şəxsin özünü polis əməkdaşı kimi təqdim etdiyini iddia edir. Blogerin paylaşdığı videoda göründüyü kimi, həmin şəxs M.Hüseynovu da təhqir edərək hədələyib.
 
M.Hüseynov bilidirib ki, həmin şəxsin adı Elxan Tağıyevdi. O, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətində hərbis hissə komandiri olub, daha sonra işdən qovulub.

Baxış sayı: 2820 | Tarix: 06.05.2021
Bizi Telegramda izləyin: @repostaz