Bakıda 90-RX-057 qeydiyyat nişanlı "Niva" markalı avtomobili Turbo.az saytı vasitəsilə satışa çıxaran sürücü yol polisini təhqir edib. 

RePost.Az Avtosfer.az-a istinadən xəbər verir ki, avtomobilin sahibi elan mətnində maşının məlumatları ilə yanaşı yol polisinə qarşı təhqiredici ifadə də işlədib.

Təəssüf doğuran məqam isə odur ki, saytı idarə edən şəxslər avtomobil haqqında yazılan məlumatları oxumadan və ya oxuyaraq fərqinə varmadan məlumatı dərc ediblər.


Baxış sayı: 3371 | Tarix: 07.05.2021
Bizi Telegramda izləyin: @repostaz