Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilib.
 
RePost.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, iclasda əfvlə bağlı müraciətlərə baxılmasına başlanılıb.
 
Novruz Bayramı ərəfəsində əfv sərəncamının imzalanacağı gözlənilir. Həmin vaxta qədər daha bir neçə iclasın keçiriləcəyi gözlənilir.
 
İclaslarda 800-dən çox müraciətə baxılması nəzərdə tutulur.
 
RePost.Az

Baxış sayı: 3257 | Tarix: 16.02.2017
Bizi Telegramda izləyin: @repostaz