Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov "Xarıbülbül" musiqi festivalını izləyərkən yuxuya gedib.
 
RePost.Az Pravda.az-a istinadən bildirir ki, B.Səfərovun fotosu sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
 
Qeyd olunub ki, icra başçısı 2018-ci ildə "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda da yuxuya getmişdi.
 
B.Səfərovla əlaqə saxlasaq da, zənglərimizə cavab vermədi.

Baxış sayı: 2858 | Tarix: 14.05.2021
Bizi Telegramda izləyin: @repostaz