Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 326 yeni yoluxma faktı qeydə alınıb, 1 262 nəfər müalicə olunaraq sağalıb.
 
Nazirlər Kabineti yanında Operativ Qərargahdan RePost.Az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 12 nəfər vəfat edib.
 
Ölkədə indiyədək ümumilikdə 328 994 nəfər koronavirusa yoluxub. Onlardan 312 460 nəfər müalicə olunaraq sağalıb, 4 754 nəfər vəfat edib, aktiv xəstə sayı 11 780 nəfərdir.
 
Azərbaycanda son gün ərzində 7 494, hazırkı dövrədək isə 3 368 394 test aparılıb.

Baxış sayı: 2744 | Tarix: 14.05.2021
Bizi Telegramda izləyin: @repostaz