Hazırda paytaxtın əsas küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.
 
Bu barədə RePost.Az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.
 
Bildirilib ki, sıxlıq olan küçə və prospektlərdə müntəzəm və ekspress xətlər üzrə avtobuaların hərəkətində çətinliklər müşahidə olunur və hərəkət intervalında gecikmələr var.
 
Nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunan əsas küçə və prospektlər bunlardır:
 
Heydər Əliyev prospekti - şəhər istiqamətində
 
Qara Qarayev prospekti - “Koroğlu” istiqamətində
 
Qələbə dairəsi ətrafı
 
Yusif Səfərov küçəsi
 
Afiyəddin Cəlilov küçəsi.

Baxış sayı: 2934 | Tarix: 25.05.2021
Bizi Telegramda izləyin: @repostaz