Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tikintidə təhlükəsizliyin təmin olunması istiqamətində üzərinə düşən vəzifələrin icrasını davam etdirir.
 
FHN-dən RePost.Az-a verilən məlumata görə, Agentliyin mütəxəssisləri tərəfindən Şəmkir rayonu, Zəyəm qəsəbəsi, Vağzal küçəsində vətəndaş tərəfindən müvafiq sənədlər olmadan qeyri-yaşayış obyektinin tikintisinin aparılması faktı aşkarlanıb.
Faktla əlaqədar FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikinti işləri dayandırılıb və obyekt nəzarətə götürülüb.

Baxış sayı: 3124 | Tarix: 20.06.2021
Bizi Telegramda izləyin: @repostaz