Sosial şəbəkələrdə yayılan məlumatlara görə, sentyabr ayından etibarən Naxçıvan Muxtar Respublikasında təşkil olunacaq toy şənliklərində yemək qadağan olunacaq.
 
RePost.Az azadinfo.az-a istinadən verir ki, yeni qaydalara əsasən toylarda süfrəyə  yalnız şirniyyat və çay qoyulacaq.
 
Sözügedən məsələ bəzi insanlar tərəfindən birmənalı qarşılanmayıb. Onlar bu qərarın insanların həyatına, istək və arzularına müdaxilə hesab edərək, V. Talıbovun qərarına etiraz ediblər.
 
Qeyd edək ki, bir neçə il əvvəl Naxçıvan bölgəsində yas məclislərində ehsan da ləğv edilib.

Baxış sayı: 3713 | Tarix: 27.06.2021
Bizi Telegramda izləyin: @repostaz