Azərbaycanda faktiki hava açıqlanıb.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən RePost.Az-a verilən məlumata görə, iyunun 27-si saat 12:00-a ölkə ərazisində hava şəraiti günəşli və isti keçib.
 
Şərq küləyi Tovuzda 22, Naxçıvanda 18, Biləsuvar, Şabranda 16 m/s-dək güclənib.
 
İyunun 26-da havanın maksimal temperaturu Bakıda, Abşeron yarımadasında, Aran rayonlarında, Naxçıvan MR-da 42, dağlıq rayonlarda 31 dərəcəyədək yüksəlib.
 
Ölkə ərazisində müşahidə olunan günəşli və isti hava şəraiti iyunun 29-dək davam edəcək. Cənub-şərq küləyi əsəcək, iyunun 29-u gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.
 
İyunun 30-da havanın temperaturu tədricən 4-5 dərəcə enərək 30-34 dərəcə isti olacaq.

Baxış sayı: 3713 | Tarix: 27.06.2021
Bizi Telegramda izləyin: @repostaz