Bakının Nizami rayonunda bıçaqlanma hadisəsi baş verib.
 
RePost.Az APA-ya istinadən xəbər verir ki, hadisə 8-ci kilometr qəsəbəsində yerləşən hotellərin birində baş verib.
 
1988-ci il təvəllüdlü Mirzəyeva Aygün Vaqif qızı hamam otağında olarkən ona şəxsiyyəti hələlik naməlum olan şəxs 23 bıçaq zərbəsi vurub.
 
Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Baxış sayı: 996 | Tarix: 17.07.2021
Bizi Telegramda izləyin: @repostaz