Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 213 yeni yoluxma faktı qeydə alınıb, 88 nəfər müalicə olunaraq sağalıb.
 
Nazirlər Kabineti yanında operativ qərargahdan RePost.Az-a verilən məlumata görə, son sutka ərzində koronavirus infeksiyasından 1 nəfər ölüb.
 
İndiyədək ölkədə ümumilikdə 338 183 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 331 200 nəfər müalicə olunaraq sağalıb, 4 991 nəfər vəfat edib, aktiv xəstə sayı 1 992 nəfərdir.
 
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 817, ötən müddət ərzində isə ümumilikdə 3 905 500 test aparılıb.

Baxış sayı: 901 | Tarix: 17.07.2021
Bizi Telegramda izləyin: @repostaz