İyulun 20-də gözlənilən hava şəraiti açıqlanıb.
 
Milli Hidrometeorologiya Xidmətinin RePost.Az-a verdiyi məlumata görə Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək.
 
Havanın temperaturu gecə 24-28° isti, gündüz 35-39° isti olacaq. Bakıda gecə 25-27° isti, gündüz 3638° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 % , gündüz 40-45 % olacaq.
 
Abşeron çimərliklərində Cənub küləyi əsəcək.
 
Dəniz suyunun temperaturu: Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 26-27° isti, Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 27-28° isti olacaq.
 
İyulun 20-21-də Abşeron yarımadasında havanın maksimal temperaturunun 38-40°-dək yüksələcəyi, zəif küləklərin üstünlüyü gözlənilir ki, bu da əksər əhali üçün əlverişsizdir.
 
Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 23-28° isti, gündüz 35-40°, bəzi yerlərdə 42-44° isti, dağlarda gecə 15-20° isti, gündüz 27-32° isti olacaq.

Baxış sayı: 3105 | Tarix: 19.07.2021
Bizi Telegramda izləyin: @repostaz