Baş Prokurorluq Qubadakı hadisə ilə bağlı rəsmi açıqlama yayıb.
 
Qurumun Mətbuat xidmətindən RePost.Az-a daxil olan məlumatda deyilir:
 
"Bəzi kütləvi informasiya vasitələrində Quba rayonunun keçmiş prokuroru Rafiq Abbasovun oğlunin narkotik vasitələrin satışını həyata keçirən zaman saxlanılarkən polis əməkdaşlarına müqavimət göstərib hadisə yerindən qaçması barədə məlumatlar dərc edilib.
 
Bununla bağlı qeyd edirik ki, Quba Rayon Prokurorluğunda Rafiq Abbasov adlı şəxs prokuror və ya hər-hansı digər vəzifədə işləməyib.
 
Bu cür dəqiqləşdirilməmiş məlumatların yayılmasını təəsüf hissi ilə qeyd etməklə, gələcəkdə qeyri-dəqiq informasiyanın ictimailəşdirilməsinin yol verilməzliyi kütləvi informasiya vasitələrinin diqqətinə çatdırılır".
 
13:27
Qubanın keçmiş prokurorunun oğlu polisə müqavimət göstərərək qaçıb.
 
RePost.Az-ın verdiyi məlumata görə, “Yırtıcı Rauf” ləqəbi ilə tanınan Rauf Abbasov və digər şəxslər “patı” adlanan metamfetamin, heroin və tiryək satarkən yaxalansa da sonradan polisə bıçaqla müqavimət göstəriblər.
 
Onlar daha sonra ərazidən qaçıblar.
 
Hazırda onun saxlanılması üçün polis əməliyyat-axtarış tədbirlərini davam etdirir.
 
Qeyd edək ki, Rauf Abbasov Qubanın keçmiş prokuroru Rafiq Abbasovun oğludur. R.Abbasov özü də hüquq-mühafizə orqanlarında çalışıb, o, Qusar Rayon Polis Şöbəsində işləyib. O, xidmət zamanı narkotik vasitələrdən istifadə etdiyi üçün xidmətdən xaric edilib. Son zamanlar isə onun narkotik vasitələrin satışı ilə məşğul olduğu məlum olub.

Baxış sayı: 4910 | Tarix: 19.07.2021
Bizi Telegramda izləyin: @repostaz