Daşkəsən Rayon Prokurorluğu toy zamanı baş verən qətllə bağlı rəsmi məlumat yayıb.
 
Prokurorluqdan RePost.Az-a daxil olan məlumatda deyilir:
 
İyulun 25-i saat 18 radələrində Daşkəsən rayon sakini 1998-ci il təvəllüdlü Eldəniz Namazovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.
 
Aparılmış araşdırmalarla müəyyən edilmişdir ki,  rayon ərazisində təşkil olunmuş toy məclisində iştirak edən rayon sakini  Şakir Tağıyev tanışı  Eldəniz Namazov ilə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla sonuncunun ürək nahiyəsinə xəsarət yetirərək onu  qəsdən öldürmüşdür.
 
Faktla bağlı Daşkəsən rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.
 
Şakir Tağıyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.
 
Hazırda istintaq  davam edir.

Baxış sayı: 4264 | Tarix: 26.07.2021
Bizi Telegramda izləyin: @repostaz