Azərbaycan, Türkiyə və Pakistan parlamentləri sədrlərinin birinci üçtərfli toplantısının yekununda qəbul edilmiş Bakı Bəyannaməsinin mətni açıqlanıb.
 
RePost.Az xəbər verir ki, bəyannamədə deyilir:
 
- Azərbaycan, Pakistan və Türkiyə arasında qardaşlıq, tarixi və mədəni bağlar, qarşılıqlı hörmət və etimad əsasında mövcud əlaqələrin əhəmiyyəti vurğulanaraq;
 
- Dövlətlərimiz və millətlərimiz arasında mövcud əlaqələrin daha da dərinləşdirilməsi üçün 3 ölkə arasındakı parlamentar dialoq və əməkdaşlığın gücləndirmənin vacibliyini qəbul edərək;
 
- Azərbaycan, Pakistan və Türkiyənin bölgələrində sülh, sabitlik və inkişafı yaratmaq, inkişaf etdirməkdə oynadıqları əhəmiyyətli rolları və iştirakçılığı vurğulayaraq;
 
- Yerləşdikləri bölgələrdə sabitlik, təhlükəsizlik və rifahı inkişaf etdirmək üçün Azərbaycan, Pakistan və Türkiyə arasında daha əhatəli əməkdaşlığın strateji əhəmiyyətini xüsus vurğulayaraq;
 
- Xaricdən dəstəklənən terror hücumlarının təhdidi, kiber hücumlar, hibrit müharibələri, hədəfli dezinformasiya kampaniyaları və bir çox ölkədə müsəlman cəmiyyətlərinin sülh içində bir yerdə yaşamasına təsir göstərən, artan islamofobiyaya meyilli ölkələrin qarşı-qarşıya olduğu saysız çətinliklərin və ortaya çıxan təhdidlərin fərqində olaraq;
 
- Beynəlxalq hüququn prinsip və normalarına, ayırıca ölkələrimizin qəbul etdiyi beynəlxalq müqavilələr və başqa beynəlxalq sənədlərdəki öhdəliklərimizə olan bağlılığımızı əməkdaşlığın möhkəmləndirilməsi üçün yenidən təsdiqləyərək;
 
- COVID-19 pandemiyanın iqtisadi inkişafla əlaqədar dünya miqyasında təsirlərinin fərqində olaraq;
 
- Ermənistanın 30 ilə yaxındır davam edən işğalından sonra ərazi bütövlüyünü bərpa edən Azərbaycan hakimiyyətini və xalqını təbrik edərək;”
 
- Və Azərbaycan-Pakistan-Türkiyə Üçtərəfli Parlament Sədrləri Birinci torplantısına ev sahibliyindən ötürü Azərbaycan Milli Məclisinə təşəkkürlərini ifadə edərək;
 
- Xaricdən dəstəklənən terror hücumlarının təhdidi, kiber hücumlar, hibrit müharibələri, hədəfli dezinformasiya kampaniyaları və bir çox ölkədə müsəlman cəmiyyətlərinin sülh içində bir yerdə yaşamasına təsir göstərən artan islamofobiyaya meyilli ölkələrin qarşı-qarşıya olduğu saysız çətinliklərin və ortaya çıxan təhdidlərin fərqində olaraq;
 
- Ermənistanın 30 ilə yaxındır davam edən işğalından sonra ərazi bütövlüyünü bərpa edən Azərbaycan hakimiyyətini və xalqını təbrik edərək;”
 
Azərbaycan, Pakistan və Türkiyənin qardaş xalqlarını daha da yaxınlaşdırmaq üçün həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə parlamentlərarası dialoq və əməkdaşlığını inkişaf etdirməyə yönələn səylərinin qətiyyətlə bəyan ediblər.
Mövcud əlaqələri gücləndirmək və daimi komitələrin, dostluq qruplarının və Parlamentlərin nzibati heyət arasında ünsiyyəti inkişaf etdirmək öhdəliklərini təsdiqlədilər;
 
Tərəflər beynəlxalq anlaşılmazlıqların həllində, beynəlxalq sülhün və təhlükəsizliyin möhkəmləndirilməsində ikitərəfli və çoxtərəfli parlamentar əlaqələrin rolunu vurğulayıblar;.
 
Konstruktiv dialoq və əməkdaşlıq üçün uğurlu bir platforma yaratmaq səylərində beynəlxalq təşkilatlara, xüsusilə parlament assambleyalarına verdiyi dəstəyi ifadə ediblər;
Tərəflər qərar qəbul etmə müddətlərində qadın millət vəkillərinin rolu və məsuliyyətinin artırılması üçün edilən təşəbbüsləri və atılan addımları dəstəklədiklərini bildirdilər;
 
Bəyannamədə qarşılıqlı maraq kəsb edən regional və qlobal mövzularda yaxından fəaliyyət göstərməyə hazır olduqlarını və beynəlxalq parlamentar təşkilatlarda üç qardaş ölkə olaraq ortaq bir mövqe tutmağa çalışacaqlarını bildirilib.
 
Sənəddə qeyd edilib ki, regional və beynəlxalq parlamentar platformlarda islamofobiya və müsəlman azlıqlara yönələn təzyiqlərə qarşı mübarizə məsələsində birgə fəaliyyətə göstərəcəklər.
 
Tərəflər nəqliyyat, ticarət, enerji, xalqlararası təmas, təhsil, sosial və mədəniyyət, turizm, informasiya və kommunikasiya texnologiyasında regional daha yaxşı əməkdaşlıq üçün hökumətlərinə əhatəli dəstək verimək istiqamətində razılaşdılar.
 
Ermənistan Respublikasının Azərbaycana minalanmış ərazilərin xəritələrini verməkdən imtina etməsini qınayaraq, azad edilmiş torpaqları yenidən inşa etmək və qaçqın sakinlərin evlərinə qaytıması istiqamətində fəaliyyətdə Azərbaycanla tam həmrəy olduqlarını vurğulayıblar.
 
Sənəddə o da qeyd edilib ki, tərəflər illik toplantı keçirməyi qərar alıblar və növbəti toplantının 2022-ci ildə Pakistanın paytaxtı İslamabadda keçiriləcək.
 
 

Baxış sayı: 1224 | Tarix: 28.07.2021
Bizi Telegramda izləyin: @repostaz