"Azərbaycanda ötən il fəaliyyət göstərən məktəblərdə 85 626 sinif olub. Bu siniflərin 49 minində şagird sayı 20-dən azdır. 311 sinifdə isə şagird sayı 40-dan çoxdur".
 
RePost.Az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev 2021-2022-ci tədris ilinin təşkilinə dair keçirilən brifinqdə bildirib.
 
Nazir bu göstəricinin təhsil sistemində ciddi problem olmadığını bəyan edib: "Təhsil sisteminin təxminən 0,4 faizində şagird sıxlığı problemi var. Valideynlər övladlarını daha sıxlığı az olan məktəblərə göndərə bilərlər. Sadəcə valideynlər öz istəyi ilə müəyyən müəllimi və ya sinfi istəyərək bu sıxlığa şərait yaratmış olurlar".
 

Baxış sayı: 3390 | Tarix: 07.09.2021
Bizi Telegramda izləyin: @repostaz