Tədrisin əyani keçirilməsi ilə bağlı hazırlıq işləri aparılır. Bununla bağlı Nazirlər Kabinetinin müvafiq qərarları var və tədris prosesi bu qərarlara uyğun olaraq həyata keçiriləcək.
 
RePost.Az-in məlumatına görə, bunu təhsil nazirinin müavini Firudin Qurbanov deyib.
 
F.Qurbanov deyib ki, pandemiya dövründə hər bir şagirdin və müəllimin təhlükəsizliyinin təmin edilməsi üçün lazımi tədbirlər həyata keçiriləcək:
 
“İlk növbədə hər bir tədris ocağında dezinfeksiya işləri aparılacaq. Hər bir şagirdin, hər bir müəllimin hərarəti yoxlanılacaq. Məktəblərə daxil olarkən müəllimlərin COVID pasportu yoxlanılacaq. Bununla bağlı Təhsil Nazirliyi tərəfindən tədbirlər görülür. Tədris müəssisələrinin rəhbərləri ilə görüş keçirilib və müvafiq tapşırıqlar verilib”.
 
Qeyd edək ki, 22 sentyabr tarixindən etibarən I-IV siniflər, 29 sentyabr tarixindən isə V-XI siniflər əyani təhsilə başlayacaq.
 
Ali təhsil müəssisələri, kolleclər və digər təhsil müəssisələri də sentyabrın 29-dan açılacaq.
 
Mənbə: Trend

Baxış sayı: 1661 | Tarix: 16.09.2021
Bizi Telegramda izləyin: @repostaz