Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Gürcüstandan olan jurnalistlər, bloqerlər və akademiklərlə görüşüb.
 
RePost.Az xəbər verir ki, bu barədə Hikmət Hacıyev özünün tvitterdəki hesabında bildirib:
 
"Qonşu Gürcüstandan olan jurnalistləri, bloqerləri və akademikləri salamlamaqdan məmnunam. Regional problemlərlə bağlı səmimi və geniş fikir mübadiləsi apardıq. Gürcü dostlar Şərqi Zəngəzur və Qarabağın İqtisadi Zonalarını, xüsusən Şuşa və Ağdamı ziyarət edəcəklər".

Baxış sayı: 1585 | Tarix: 21.09.2021
Bizi Telegramda izləyin: @repostaz