Azad edilən ərazilərdə yerləşən hərbi hissələrdə Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə tədbirlər keçirilib.
 
Müdafiə Nazirliyindən RePost.Az-a verilən məlumata görə, tədbirlərin məqsədi Vətən müharibəsində canından keçən şəhidlərimizin, eləcə də döyüşlərdə iştirak edən igid Azərbaycan övladlarının tanınması və tanıdılması, xatirələrinin ehtiramla yad edilməsidir.  
 
Görüşlər zamanı ehtiyatda olan hərbi qulluqçular şəhid və yaralı döyüş yoldaşları haqqında xatirələrini bölüşüblər.
 
Tədbirlərdə tarixi Qələbə haqqında viktorina keçirilib və qaliblərə xatirə hədiyyələri təqdim edilib.
 
Sonda şəxsi heyətə Vətən müharibəsinə həsr olunmuş sənədli film nümayiş olunub və "Əsgər məktubu" layihəsi çərçivəsində hərbi qulluqçular doğmalarına məktublar yazıblar.

Baxış sayı: 1224 | Tarix: 24.09.2021
Bizi Telegramda izləyin: @repostaz