Türkiyədə “Zuhal Topalla” evlilik proqramının iştirakçısı olaraq şöhrət qazanan Hənifəyə reytinq rekordları qıran bir serialdan təklif gəlib.

RePost.Az xəbər verir ki, serialda dayə rolunun təklif edildiyi Hənifənin cavabı hələlik məlum deyil.

Xatırladaq ki, gəlin namizəd 3 ildir evlilik proqramında öz namizədlərini dəyərləndirirdi. Lakin bir müddət öncə hicablı xanımın gecə klubundan yayılan görüntüləri səs-küyə səbəb olmuşdu. Mövzu ilə əlaqdar Bəyaz Tv-də yayımlanan “Söyləməzsəm olmaz” verlişində çıxış edən Nihat Doğan Hanifəni hədəf alaraq “Başının hicabını açsın, mini ətəyini geyinsin” demişdi. Nihat Doğanın bu sözlərindən sonra onu məhkəməyə verəcəyini bildirən Hənifə üç ildir işştirakçısı olduğu proqramdan ayrıldığını bildirdi.


Baxış sayı: 2611 | Tarix: 24.02.2017
Bizi Telegramda izləyin: @repostaz