Koronavirusa yoluxan tanınmış jurnalist, Azərbaycan Cüdo Federasiyasının baş katibinin müavini Elnur Əşrəfoğlu vəfat edib.
 
RePost.Az xəbər verir ki, bu barədə "Yeni Klinika"dan bildirilib.
 
"Həkimlərin səyinə baxmayaraq Elnur Əşrəfoğlu koronavirus səbəbindən vəfat edib", - klinikdan qeyd olunub.
 
Qeyd edək ki, E.Əşrəfoğlu sentyabrın əvvəllərində koronavirusa yoluxmuşdu. Əvvəlcə ev şəraitində müalicə alan jurnalist daha sonra “Yeni Klinika”ya köçürülmüşdü.
 
Allah rəhmət eləsin!

Baxış sayı: 2098 | Tarix: 19.10.2021
Bizi Telegramda izləyin: @repostaz