Azərbaycanda 2022-ci il üçün yaşayış minimumunun ölkə üzrə məbləği artırılır.
 
RePost.Az xəbər verir ki, bununla bağlı məsələ “2022-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsində əksini tapıb.
 
Qanun layihəsinə əsasən, 2022-ci ildə ölkə üzrə yaşayış minimumunun məbləğinin 205 manat müəyyən edilməsi nəzərdə tutulur.
 
Qanun layihəsi Milli Məclisə daxil olub və növbəti iclaslarda müzakirəyə çıxarılması nəzərdə tutulur.
 
Qeyd edək ki, 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə məbləği 196 manat manat olub.

Baxış sayı: 1870 | Tarix: 27.10.2021
Bizi Telegramda izləyin: @repostaz