Samir Bağırov Rusiyanın birinci kanalında yayımlanan “Пусть говорят” verilişinin qonağı olub.

RePost.Az
xəbər verir ki, azərbaycalı müğənni verilişə rusiyalı həmkarı Marina Xlebnikovaya görə qatılıb. Belə ki, veriliş Marina Xlebnikovnın yaradıcılığına həsr olunub.

Aparıcı Andrey Maloxov Bağırovu səhnəyə dəvət edib. O, Bakıdan həmkarına paxlava, konyak, konfet və azərbaycanlı dizaynerə məxsus hədiyyə gətirib.

Marina “Ялта-Транзит 1991” festivalındakı xatirələrini bölüşüb: “Festivaldan sonra dostluq etməyə başlamışıq. Bir dost olmaqdan başqa, eyni yeri də bölüşmüşdük. İkimizdə ikinci olmuşduq”. (Publika.az)


Baxış sayı: 3523 | Tarix: 01.03.2017
Bizi Telegramda izləyin: @repostaz