Azərbaycanla İsrail arasında əməkdaşlığa dair iki sənəd imzalanıb.
 
"APA-Economics" xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında yazıb.
 
Nazir, Azərbaycanın Dövlət Vergi Xidməti ilə İsrailin kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən “Rayzone Group” şirkəti və “Azərbaycanın Meliorasiya və Su Təsərrüfatı” ASC ilə İsrailin su resurslarının idarə edilməsi sahəsində ixtisaslaşmış “Mekorot” şirkəti arasında sənədlərin imzalandığı bildirib.
 
"İmzalanmış sənədlər İsrailin qabaqcıl təcrübəsinin ölkəmizə transferi, texnoloji imkanların genişləndirilməsi, innovativ alətlərin tətbiqi üzrə yeni əməkdaşlıq platforması yaradacaq və hər iki tərəf üçün faydalı olacaq", - M. Cabbarov qeyd edib.

Baxış sayı: 2022 | Tarix: 05.04.2022
Bizi Telegramda izləyin: @repostaz