Müğənni Yaşar Cəlilovla prodüseri Vüsalə Kərimova iş birliklərinə son qoyublar. 
 
BAKU.WS xəbər verir ki, bu haqda Vüsalə sosial şəbəkə hesabında bildirib:
 
"Həyatda hər şeyin bir sonu varmış. Təəssüf ki, bəzən səbəbsiz olsa da, yollar haçalanmağa məruz qalır. Mən həyatıma seçdiyim insanların dəyərini bilirəm. Yaşar, səninlə uzun bir yol gəldik, birlikdə ağladıq da, güldük də. Acılı-şirinli çox şey yaşadıq. Hər kəsin ürəyindəkini Allah bilir. Birlikdə keçən 11 ili üst-üstə yığsaq, bəlkə də, heç bir ilini mehriban olmadıq.
 
Həmişə dalaşdıq, bir-birimizin sözü boğazımızdan keçmədi! "Dur" deməyin zamanı gəldi. Sən yoluna davam et, yolun açıq olsun. Çalış, yaşadığın ömür boyunca kimsənin ruhunu incitmə, sən haqq dünyasını bilənsən. Əsas odur ki, haqq dünyasına sorğu-sualsız gedəsən. Məndən bu qədər".
 
Xatırladaq ki, cütlük həmçinin sevgili idilər. 

Baxış sayı: 2763 | Tarix: 09.04.2022
Bizi Telegramda izləyin: @repostaz