Bu gündən Azərbaycan Respublikasının ərazisinə gətirilən aşağıdakı məhsulların aksiz dərəcələri artırılır.
 
RePost.Az həmin məhsulların siyahısını təqdim edir:
 
- Tərkibində tütün olan siqaretlərin və tərkibində tütün əvəzləyicisi olan siqaretlərin 1000 ədədi üçün aksiz dərəcəsi 43,0 manatdan 46,5 manata qaldırılıb.
 
- Aksiz dərəcəsi qızdırılma nəticəsində istehlak edilən (buxar) tütün və tütün məhsullarının 1000 ədəd üçün 12,9 manatdan 14 manata qaldırılıb.
 
- Qəlyan üçün tütünlər və tütün əvəzləyiciləri, istehsal məqsədli tütünlər istisna olmaqla digər çəkməli tütünlər, “homogenləşdirilmiş” və ya “bərpa edilmiş” tütünlər, çeynənilən və ya buruna çəkilən tütünlərin aksiz dərəcəsi isə 1 kq üçün 30 manat olacaq.
 
- Qəlyan və onların əvəzedicilərinin 1 ədəd üçün isə aksiz dərəcəsi 0,25 manat müəyyənləşdirilib.
 
- Həmçinin,  idxal edilən qəlyan üçün tütün əvəzləyicilərinin 1 kiloqramına 1 ABŞ dolları gömrük rüsumu müəyyən edilib. 
 
- İdxal edilən birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzediciləri hər ədədinə 15 % gömrük rüsumu tətbiq ediləcək.
 
 - Denaturasiya olunmamış etil spirti üçün (80 həcm faiz və ya çox spirt qatılığı ilə, həcm faizi 80-dən az qatılığı olan denaturatlaşdırılmamış etil spirti) aksiz dərəcəsi 1 litr üçün 5,2 manatdan 6 manata qaldırılıb.
 
- Aksiz dərəcəsi üzüm çaxırının və ya üzüm puçallarının distillə edilməsi nəticəsində alınan spirtli tinkturalar üçün 1 litr üçün 7,2 manatdan 8 manata
 
- Viski üçün 1 litr üçün aksiz dərəcəsi  11,2 manatdan 12 manata qaldırılıb.

Baxış sayı: 2421 | Tarix: 14.04.2022
Bizi Telegramda izləyin: @repostaz