Bakıda və Abşeron yarımadasında mayın 20-si səhərdən 21-i səhərədək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s olacağı gözlənilir.
	 
	Milli Hidrometeorologiya Xidmətindən RePost.Az-a verilən məlumata görə, Azərbaycanın rayonlarında mayın 19-u axşam şimal və qərb rayonlarından başlayaraq 21-dək ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağıntılı olacağı gözlənilir.
	 
	Dağlıq və dağətəyi rayonlarda lokal ərazilərdə dolu düşəcəyi ehtimal olunur.
	 
	Qərb küləyi 15-20 m/s, bəzi yerlərdə arabir 28-33 m/s olacaq.
	 
	Çaylarda sululuğun artacağı ehtimal var.