Rusiya Prezidenti Vladimir Putinlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.
 
APA-nın Moskva müxbirinin Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, telefon danışığı zamanı Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında üçtərəfli razılaşmalarının icrası müzakirə edilərkən regional sabitliyin təmin edilməsi, eləcə də Cənubi Qafqazda nəqliyyat və logistika infrastrukturunun inkişafı üçün birgə işin gücləndirilməsinin vacibliyi qeyd edilib.
 
Nikol Paşinyan mayın 22-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə təmaslarından danışıb.

Baxış sayı: 4207 | Tarix: 01.06.2022
Bizi Telegramda izləyin: @repostaz