RePost.az-ın Report-a istinadən xəbərinə görə, hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən "Dəniz" şadlıq sarayında qeydə alınıb.
 
Belə ki, 1973-cü il təvəllüdlü Əzimov Mübariz Famil oğlu tanımadığı şəxsin toy mərasimində iştirak edib. O, yeyib-içdikdən sonra qonaqlarla mübahisə edib. "Çağırılmamış qonaq" elə bəyin qohumları tərəfindən döyülərək həyətə çıxarılıb.
 
Ağır xəsarət alan M.Əzimov 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
 
Qeyd edək ki, M.Əzimov hadisə vaxtı sərxoş olub.
 
Faktla bağlı araşdırma aparılıb. 
 
RePost.az
 

Baxış sayı: 4150 | Tarix: 07.12.2016
Bizi Telegramda izləyin: @repostaz