Ukrayna Silahlı Qüvvələri Xerson vilayətində rus ordusunun birinci müdafiə xəttini yarmağa müvəffəq olub.
 
Bu barədə vilayətin rəhbərinin məsləhətçisi Sergey Xlan bildirib.
 
Ukrayna ordusu rus qoşunlarını silah-sursatla təmin edən Yeni Kaxovkadakı bazalarına zərbələr endirib. Bundan sonra Sofiyevka və David Brod kəndləri istiqamətində əks-hücuma keçən Ukrayna ordusu rusların müdafiəsinin birinci xəttini yarıb.
 
Hazırda rus ordusu ikinci və üçüncü müdafiə xəttinə doğru geri çəkilərək bu istiqamətdə möhkəmlənməyə çalışır.

Baxış sayı: 1224 | Tarix: 20.06.2022
Bizi Telegramda izləyin: @repostaz