Türkiyənin Artvin şəhərində baş verən torpaq uçqununda ölən şəxs azərbaycanlıdır.
 
Bu barədə Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) şöbə müdiri Ruslan Eldaroğlu sosial şəbəkədə məlumat yayıb.
 
O bildirib ki, hadisə zamanı 99-HY-188 dövlət nömrə nişanlı yük avtonəqliyyat vasitəsinin sürücü Şahlar Kərimov v'fat edib. Uçqun nəticəsində Türkiyə vətəndaşı olan daha iki TIR sürücüsü xəsarət alıb. 
 

Baxış sayı: 1718 | Tarix: 01.07.2022
Bizi Telegramda izləyin: @repostaz