Samux rayonunda daha bir qazi özünü yandırıb.
 
Hadisə Samux rayon İcra Hakimiyyətinin qarşısında qeydə alınıb. 1989-cu il təvəllüdlü Təbriz Abdullayev İH binası qarşısında benzin törkərək özünü yandırıb. Qazi, ona torpaq sahəsi ayrılmadığı üçün bu addımı atıb. Yanıq xəsarətləri alan T.Abdulayev xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir. O, Bakıdakı Yanıq mərkəzinə göndərilib.
 
Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, avqustun 18-də, saat 11 radələrində 1989-cu il təvəllüdlü Təbriz Abdullayevin Samux Rayon İcra Hakimiyyətinin inzibati binasının önündə özünü yandıraraq intihara cəhd etməsi faktı ilə bağlı Samux rayon prokurorluğunda araşdırma aparılır.
 

Baxış sayı: 4948 | Tarix: 18.08.2022
Bizi Telegramda izləyin: @repostaz