Avqustun 26-sı günorta saatlarında Goranboy rayonu ərazisində baş vermiş avtoqəza nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Ərəblinski Vahid Mahir oğlunun həlak olması ilə bağlı məlumatı təsdiq edirik.
 
Müdafiə Nazirliyindən verilən məlumata görə, faktla bağlı araşdırma aparılır.
 
Nazirliyinin rəhbərliyi hərbi qulluqçumuzun yaxınlarına dərin hüznlə başsağlığı verir və səbir diləyir.
 
Allah rəhmət eləsin!

Baxış sayı: 4530 | Tarix: 27.08.2022
Bizi Telegramda izləyin: @repostaz