Ukraynalı müğənni Maks Barskix ermənilərə dəstək olub.
 
BAKU.WS xəbər verir ki, bu barədə o, instaqram hesabında paylaşım edib.
 
Bunun ardından Azərbaycanda sosial şəbəkələrdə müğənninin dekabrın 10-da baş tutacağı gözlənilən Bakı konsertinin ləğvi tələbi ilə çağırışlar edilib.
 
Bir müddət sonra Maks Barskixin konsertinə bilet satışını həyata keçirən iTicket.az şirkəti bilet satışını dayandırıb.
 
Şirkət Qafqazinfo-ya açıqlamasında konsertin ləğv olunduğunu açıqlayıb.
 
Qeyd edək ki, Bakı Konqres Mərkəzində keçiriləcəyi gözlənilən konsertə biletlərin qiyməti 40-230 AZN arası idi.

Baxış sayı: 3998 | Tarix: 15.09.2022
Bizi Telegramda izləyin: @repostaz