Bu il Rusiyada taxıl məhsuldarlığı rekord qıracaq.
 
APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putin bildirib.
 
Onun sözlərinə görə, artıq 138,7 milyon ton taxıl yığılıb və bu rəqəmin 150 ​​milyon tona çatacağı gözlənilir.
 
"Bu il məhsuldarlığın layiqli olacağı vəd edilib. Bəzi komponentlərdə bu, həm də rekord göstəricidir", - deyə Putin videokonfrans rejimində mövsümi tarla işlərinin gedişi ilə bağlı keçirilən müşavirədə deyib.
 
Putin qeyd edib ki, artıq 138,7 milyon ton taxıl biçilib: "Bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən üçdə biri qədər çoxdur. Mütəxəssislərin fikrincə, ümumi taxıl yığımı 150 milyon tona çata bilər. 140, 145, sonra 147 dedik, indi ilkin hesablama 150 milyon tondur. Buğda isə təxminən 100 milyon ton. Bu, Rusiyanın bütün tarixində rekord göstərici olacaq”.
 
Rusiya Prezidenti xatırladıb ki, rekord 2017-ci ildə 135,5 milyon, RSFSR-də isə 1978-ci ildə 127 milyon ton olub.

Baxış sayı: 3523 | Tarix: 27.09.2022
Bizi Telegramda izləyin: @repostaz